Tədrisin keyfiyyətinin artırılması istiqamətində növbəti addım: 18 yeni dərslik
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması istiqamətində növbəti addım atılıb.
Bu barədə AZƏTAC-a İqtisad Universitetindən məlumat verilib.
UNEC müəllimləri Türkiyənın Mərmərə, Yıldız Texniki, Hacettepe, Ankara, İstanbul, Qazi, Artvin Çoruh universitetlərinin professorları ilə birlikdə 18 yeni fənn üzrə dərsliklərin hazırlanmasına başlayıblar. Dərsliklər Azərbaycan və türk dillərində yazılacaq. Yeni dərsliklər iqtisadi dinamikanın əsasları, rəqəmsal iqtisadiyyat, beynəlxalq ticarət hüququ, idarəetmə iqtisadiyyatı, təşkilat davranışı, brendinqin əsasları, sosial pedaqogika, texnologiyaların idarəedilməsi, mobil tətbiqlər, keramika emalı, davamlı və inklüziv inkişafın idarə edilməsi, sənaye mühəndisliyi, ixtisasa giriş, polimer mühəndisliyi, sosial işdə nəzəriyyələr və təcrübələr, ekoloji biotexnologiya, davranış iqtisadiyyatı, təbii sərvətlərin iqtisadiyyatı və əmək qanunvericiliyi fənləri üzrə hazırlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]