TEHRANDA YENİ AEROPORT İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov başda olmaqla ölkəmizin nümayəndə heyəti açılış mərasimində iştirak etmək üçün yanvarın 31-də Tehrana yola düşmüşdür. Səfər zamanı Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə ediləcəkdir.
İran İslam inqilabının ildönümü günlərində istifadəyə veriləcək yeni hava limanı ölkə paytaxtından 30 kilometr cənubda, aralıda, Tehranla Qum şəhərləri arasında yerləşir. Onun ümumi sahəsi 13,5 min hektardır. Yeni aeroportun birinci növbəsi ildə 6 milyon sərnişin qəbul edəcəkdir. Hava limanının ikinci hissəsinin tikintisi başa çatdıqdan sonra bu rəqəm 15 milyona çatacaqdır. Burada hər dəqiqədə bir sərnişin təyyarəsi qəbul edib yola salmaq mümkün olacaqdır.