Təhsil Nazirliyi: Dekabrın 14-dək efirdə 2400-ə yaxın dərs yayımlanıb
Bakı, 18 dekabr, AZƏRTAC
Pandemiyanın ilk günlərindən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət TV” və “ARB Günəş” kanallarında məktəb proqramı əsasında çəkilən “Dərs vaxtı” proqramı yayımlanır. 2020-2021-ci tədris ilində sentyabrın 1-dən etibarən teledərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Mədəniyyət TV” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Bütün sinifləri əhatə edən teledərslərdə tədris mövzularına dair izah və təlimatlar təqdim olunur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, teledərs layihəsi üzrə bu il avqustun 29-dan dekabrın 14-dək məktəbəqədər, ümumi təhsil və peşə təhsili səviyyələrini əhatə edən 2600 dərs çəkilib. Sentyabrın 7-dən dekabrın 14-nə kimi isə efirdə 2400-ə yaxın dərs yayımlanıb.
Xatırladaq ki, bu dərslər “Virtual məktəb”də, Təhsil Nazirliyinin “YouTube” kanalında və “Dərs vaxtı”nın “Facebook” səhifəsində də yerləşdirilir. Bu da televiziya qarşısında dərsləri izləyə bilməyən şagirdlər üçün alternativ imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]