Tələbə futbolunda ötən mövsümün yekunları və builki planlar müzakirə olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ATFF prezidenti Firudin Qurbanov əvvəlcə 2023-cü il mövsümünün yekunlarından söz açıb.
Gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirən qurum rəhbəri federasiyanın 2021/2025-ci illər İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.
Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev 2023-cü il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.
İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda tələbələr arasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]