Tələbə suda əriyən paket ixtira etmişdir
Bakı, 24 yanvar (AZƏRTAC). Kazan Milli Tədqiqatlar və Texnologiyalar Universitetinin tələbəsi İvan Zaxarov ekoloji təmiz və suda həll olan paket ixtira etmişdir. Bu paket adi kraxmal əsasında hazırlanır və 24 saat ərzində suda tamamilə həll olur. Gələcəkdə belə paketlərin ekoloji cəhətdən zərərli olan polietilen torbaları əvəz edəcəyi gözlənilir.
Əsasını polietilen təşkil edən materialların təbii çürüməsi çox uzun, təxminən 400-1000 il çəkir. Bu da ekologiyanın hədsiz çirklənməsinə səbəb olur.
Tələbənin icad etdiyi ekoloji təmiz paket çürüyərkən insan orqanizminə zərər vurmayacaq miqdarda azot və karbon qazına çevrilir. Belə ki, 50 ton belə paketin çürüməsi zamanı yaranan karbon qazı bir avtomobilin havaya buraxdığı qazdan da azdır.
Hazırda ixtiraçı-tələbə ekoloji planda çox vacib və aktual olan bu ixtiranı patentləşdirməklə məşğuldur. O, faydalı ixtirasına görə Kazan şəhərinin meri tərəfindən fərdi təqaüdə layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]