TƏLƏBƏLƏRİMİZ STRASBURQDA RESPUBLİKA GÜNÜ İLƏ BAĞLI YÜRÜŞ KEÇİRMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun filialı 28 May - Respublika günü ilə bağlı Strasburqda yürüş keçirmişdir. Azərbaycan-Fransa xalqları arasında dostluq rəmzi kimi üzərində möhtəşəm Eyfel qülləsinin və Azərbaycanın neft buruqlarının əks olunduğu maykalar və milli paltarlar geymiş yüzlərlə tələbələrimiz Strasburqun mərkəzi Respublika meydanından Katedral meydanına doğru hərəkət etmişlər. Yol boyunca “Yaşasın Azərbaycan”, “Yaşasın Fransa”, “Yaşasın Azərbaycan-Fransa dostluğu” şüarları səsləndirmiş, əllərində ümummilli lider Heydər Əliyevin müxtəlif dillərdə “Müstəqilliyimiz əbədidir”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamları, “Mən Azərbaycanı sevirəm” sözləri yazılmış transparantlar, respublikamızın üçrəngli bayraqlarını tutmuş, milli mahnılarımızı ifa etmişlər.
Yerli gənclərin və bir qrup şotlandyalının, habelə Almaniyadan gəlmiş azərbaycanlı tələbələrin qoşulduğu yürüş iştirakçıları Katedral meydanında birlikdə milli rəqslərimizi ifa etmişlər.
Yürüş zamanı fransız dilində Azərbaycan həqiqətlərindən bəhs edən xüsusi broşürlər paylanmışdır.
Yerli və xarici mətbuat nümayəndələri, həmçinin Azərbaycanın bir çox televiziya kanalları yürüşü izləmişdir.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi yürüşün təşkil olunmasında tələbələrimizə hərtərəfli yardım göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]