Təlimlərdəki vəziyyətə dair məruzələr dinlənilib
Bakı, 20 iyun, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş tapşırıqlarının aydınlaşdırılması, şəraitin qiymətləndirilməsi, ərazinin kəşfi, maket üzərində qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə göstərişlər verilib.