Tengiz Txilava: Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Aeroportunun açılışında iştirakı çox mühüm hadisədir
Tbilisi, 4 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda beynəlxalq aeroportun açılışında iştirakı çox mühüm hadisə idi. Bu bir daha göstərdi ki, Azərbaycanın çox etibarlı müttəfiqi və dostu var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcüstanlı politoloq Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqliyin rəsmiləşdirilməsi ilə bütün məsələlərə aydınlıq gətirildi və göstərildi ki, müharibədən sonra reallıq dəyişib.
“İlk növbədə Ermənistan iqtidarında və müxalifətindəki revanşist əhval-ruhiyyə puç oldu. İkincisi, demək olar ki, regionun yüksək reputasiyalı öz gücü yarandı. Elə bir güc ki, regionda və ona bitişik ölkələrdə bir çox məsələlərin həllinə kömək edə bilər. Bu gün, ümumiyyətlə, güclər balansını kökündən dəyişməyə qadir olan sürətli dəyişikliklər baş verir”, - deyə T.Txilava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]