Teqbol üzrə ilk Azərbaycan kuboku yarışı start götürüb
Bakı, 22 dekabr, AZƏRTAC
Bu gün teqbol üzrə ilk Azərbaycan kuboku yarışı start götürüb.
AZƏRTAC xəbər verir ki, “Marafon” idman klubunun stadionunda keçirilən yarışda 12 komanda mübarizə aparır. Belə ki, A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları qalib adı uğrunda yarışırlar.
Azərbaycan kuboku yarışı Gənclər və İdman Nazirliyinin dəstəyi, Futnet və Teqbol federasiyalarının təşkilatçılığı ilə təşkil olunur. Turnir dekabrın 23-də başa çatacaq.
Turnirin qaliblərinə pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]