Tərtər idmançıları üzgüçülük yarışında qüvvələrini sınayıblar
Tərtər, 26 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 illiyi münasibətilə Tərtər Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən danışıblar.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin idman və gənclər siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha mütəşəkkil formada davam etdirilir. Ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Çıxışlardan sonra yarışa start verilib. Yarışın yekununda qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplom və fərqləndirici sertifikatları ilə təltif ediliblər.