Tərtər rayonunda indiyədək vətəndaşlara 18 min 267 doza vaksin vurulub
Tərtər, 5 iyun, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir. Məqsəd ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxmanın və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşların vaksinasiyası Tərtər Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaqlarda həyata keçirilir. İndiyədək rayon sakinlərinə 18 min 267 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 11 min 274, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 6 min 993 nəfərdir.