Tərtərdə keçirilən aksiyalarda 1000 ədəd ağac əkilib
Tərtər, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər-Bərdə avtomobil yolunun kənarlarında keçirilən aksiya çərçivəsində 350 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Tərtər Rayon İcra Hakimiyyəti və Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin birgə təşkilatçılığı ilə Tərtər-Suqovuşan yolunun kənarında keçirilən ağacəkmə aksiyasında isə 650 ədəd müxtəlif növ meyvə və meşə ağacları əkilib.