Tərtərdə Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib
Tərtər, 21 iyul, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram münasibətilə rayonda xüsusi ayrılmış kəsim məntəqəsində qurbanlıq qoyunlar kəsilərək şəhidlərin və qazilərin ailələrinə, Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, rayonun abadlıq, quruculuq, yaşıllaşdırma işlərində çalışanlara, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, hərbi hissələrə qurban payları göndərilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:06]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:00]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]