Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təşəbbüskarlıq uğurlu fəaliyyətin əsasıdır

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın artan nüfuzunu, böyük imkanlarını bir daha nümayiş etdirdi.

Noyabrın 22-23-də keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası əhəmiyyəti baxımından ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın mötəbər tədbirə ev sahibliyi etməsi, eyni zamanda, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə malik olan Yeni Azərbaycan Partiyasının bu missiyanı öz üzərinə götürməsi mühüm hadisə olmaqla yanaşı, ölkəmizin artan nüfuzunun, ən əsası malik olduğu imkanların təqdimatı kimi dəyərləndirilməlidir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Nizamnaməsinə uyğun olaraq İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə verildi. Sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu diqqətə çatdıraraq, bir daha konfransın ölkəmizdə keçirilməsini Azərbaycana marağın ifadəsi kimi dəyərləndirdi. Məktubda bildirilirdi ki, Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir.

Hər bir beynəlxalq tədbir hansısa qlobal məsələnin müzakirəsi, ortaq fikrə gəlinməsi baxımından əhəmiyyətli olmaqla bərabər, həm də yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır, yeni əməkdaşlıq əlaqələrinin yaranmasını şərtləndirir. Nəzərə alsaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı region ölkələrinin siyasi partiyalarını özündə birləşdirən qurumdur, bu halda onun regional və beynəlxalq təşkilatlar tərəfindən böyük dəstək qazanmasının gələcək üçün hansı perspektivləri vəd etdiyi aydın görünər.

Təbii ki, hər bir tədbirdə əvvəlcə ölkələrin iqtisadi imkanlarına diqqət yetirilir. Bu gün iqtisadi inkişafın Azərbaycan modelinin mövcudluğu onu deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən islahatlar zamanın tələbinə tam uyğunlaşdırılmış, təkmil inkişaf strategiyası işlənib hazırlanmış və uğurla icra edilir. Bu səpgili tədbirlərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımların nəticələrinə daha çox diqqət yönəldilməsi onu göstərir ki, dövrün əsas çağırışlarından biri məhz yoxsulluqla mübarizədir. Filippin parlamentinin sabiq spikeri, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesianın çıxışında səsləndirdiyi bir fikri qeyd etmək istərdim. O bildirdi ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. Düzgün qurulan siyasətin ölkənin və xalqların həyatında əhəmiyyətli rol oynadığı faktlar əsasında diqqətə çatdırıldı, eyni zamanda qeyd edildi ki, ölkə rəhbərinin idarəçilik qabiliyyətinin yüksək səviyyədə olması inkişafa yol açan əsas şərtlərdəndir. Azərbaycanın 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçdiyi inkişaf yoluna nəzər salan Xose de Venesia həmin xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi fonunda ölkəmizin qazandığı uğurları təqdir etdi. Hər il on minlərlə yeni iş yerinin açılması, yoxsulluq həddinin 49 faizdən 7,6 faizə endirilməsi uğurlu siyasətin göstəricisi kimi qeyd olundu. Bildirildi ki, iqtisadiyyatın düzgün təməl üzərində qurulması ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycanın 2009-cu ildən dünyada başlanan və nəticələri bu günə kimi davam edən iqtisadi böhrandan uğurla çıxmasında iqtisadiyyatın şaxələndirilməsi siyasətinin rolu inkaredilməzdir. Həmin dövrdə, yəni 2009-cu ildə ölkəmizdə iqtisadi artımın 9,3 faiz, 2010-cu ildə 5 faiz təşkil etməsi deyilənlərin təsdiqidir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın bu uğuru önə çəkilərək, onu şərtləndirən amillər əsaslı şəkildə diqqətə çatdırılmışdır. Dünya Bankının Azərbaycanı ən islahatçı ölkə elan etməsi uğurlu islahatlara söykənir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, sabitlik diyarı kimi beynəlxalq aləmdə nüfuz qazanıb. İCAPP-ın VII Baş Assambleyasının məhz Azərbaycanda keçirilməsində də bu amilin rolu inkaredilməzdir. Otuz beş ölkədən 200-dən artıq nümayəndə Baş Assambleyanın işinə qatılmaqla yanaşı, Azərbaycan reallıqları ilə yaxından tanış olmaq imkanı əldə etdi. Qonaqların Bakı haqqında xoş təəssüratları açıqlamalarından aydın sezilir. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr departamentinin müdir müavini Ai Pinq bildirmişdir ki, Bakı bütün dünyada gözəlliyi ilə tanınmış tarixi şəhərdir: “Bakının inkişafı bizim təsəvvür etdiyimizdən də yüksəkdir. Ümumilikdə, Azərbaycanın son bir neçə ildə keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir”. Şri-Lankanın Xalq Azadlığı Cəbhəsinin rəhbəri Somavansa Amarasinqe Azərbaycanda ilk dəfə olduğunu bildirərək, gördüyü qonaqpərvərlikdən, ölkəmizin inkişafından məmnun olduğunu söyləmişdir. Livanın Baş nazirinin məsləhətçisi Fadi Favaua Bakının füsunkar gözəlliyə sahib olduğunu qeyd edərək onu da bildirmişdir ki, Baş Assambleya çərçivəsində aparılan müzakirələr bizim hər bir anlamda irəliyə doğru addımlar atmağımıza şərait yaradır. Müxtəlif ölkələrin nümayəndələrinin öz problemlərini digər iştirakçılarla belə diplomatik atmosferdə müzakirə etməsi konstruktiv nəticələrə yol açan mühüm bir prosesdir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının

VII Baş Assambleyası yeni əməkdaşlıq üçün başlanğıcdır

Ümumi fikir bu oldu ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası yeni əməkdaşlıq üçün başlanğıcdır. Tədbirin mövzusu siyasi partiyaların ölkələr arasında əlaqələrin inkişafına böyük töhfələr vermək imkanında olduğunu bir daha təsdiq etmiş oldu. Sülh, təhlükəsizlik, əməkdaşlıq hər bir ölkənin inkişafında mühüm amildir. Siyasi partiyaların regionda sülhün, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini vermək istəkləri müsbət addım kimi dəyərləndirilməlidir.

Assambleyda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlığa göstərdiyi maraq da önə çəkildi. Bu gün partiyanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişləndirilməsində qazandığı böyük uğurlar deyilənlərin təsdiqidir. Bir məqamı da qeyd edək ki, YAP İCAPP-ın 18 aparıcı siyasi partiyanın təmsil olunduğu Daimi Komitəsinin üzvüdür.

İlk gündən demokratik inkişaf yolunu seçən Azərbaycanda çoxpartiyalı sistemin yaradılması istiqamətində atılan addımların müsbət nəticəsi göz qabağındadır. Hazırda ölkəmizdə 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Konfransda 12 siyasi partiyanın təmsilçisinin iştirakı, müzakirələrdə fəallığı Azərbaycanda demokratik mühitin mövcudluğunun göstəricisidir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı müxtəlif siyasi partiyaların nümayəndələrini özündə birləşdirdiyindən onların bir araya gələrək, konkret mövzu ətrafında fikir mübadiləsi aparması, təkliflərini səsləndirmələri müsbət haldır. Konfransın mövzusu, eyni zamanda, bu gerçəkliyi də təsdiqlədi ki, İCAPP siyasi partiyaların birləşdiyi qurumdan beynəlxalq əməkdaşlığa doğru addımlayır. Qurumun tərkibinin genişləndirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bir müddət əvvəl qurumun Gənclər Birliyinin yaradılması, VII Baş Assambleya çərçivəsində “Asiyada qadınlar: təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda bölmə iclasının keçirilməsi, həmçinin gənclərin iştirakı ilə iclasın təşkili deyilənlərin təsdiqidir. Hər bir ölkənin gələcək inkişafında gənclərin rolunu nəzərə alsaq, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının tərkibində gənclər qanadının yaradılması təqdirəlayiqdir. İclasda da bildirilmişdir ki, gələcəyini düşünən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyə baxış konsepsiyalarını nəzərə alırlar. İCAPP-ın baş katibi Xose de Venesianın Baş Assambleyada çıxışı zamanı gələcəyin gənclərin əlində olduğunu önə çəkərək “onlar təkcə öz müqəddəratlarını deyil, bəşəriyyətin xilası və xoşbəxt gələcəyi üçün çalışmalıdırlar. Bütün dövlətlər gənclərə bu istiqamətdə dəstək olmalıdırlar” söyləməsi qurumun Gənclər Birliyinin yaradılmasının əhəmiyyətini təsdiqləyir. İCAPP-ın Qadınlar Təşkilatının yaradılmasının vacibliyi də tədbirdəki çıxışlarda, eyni zamanda, qadın siyasətçilərinin iştirakı ilə keçirilən bölmə iclasında qeyd edildi. Asiyanın dünyada artan strateji əhəmiyyətindən danışan qadın siyasətçilər bildirdilər ki, uzunmüddətli inkişafa nail olmaq üçün sabitlik mühüm şərtdir və bu məsələdə qadınlar müstəsna xidmətlərə malikdirlər.

Sülh, təhlükəsizlik, əməkdaşlıq hər bir ölkənin

inkişafında mühüm amildir

Siyasi sabitliyə, iqtisadi tərəqqiyə malik olan Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə bir daha siyasi partiyaların beynəlxalq səviyyədə fikir mübadiləsi aparmaları, əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirmələri üçün əlverişli məkan olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin Baş Assambleya iştirakçılarına ünvanladığı təbrik məktubunda da bildirilirdi ki, qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən ölkəmizin iqtisadi inkişafın Azərbaycan modelini yaratmağa nail olması məktubda ən böyük uğurlardan biri kimi qeyd edilir. Azərbaycan Prezidenti bu inamı da ifadə etmişdir ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparılacaq, mühüm qərarlar qəbul olunacaqdır. Baş Assambleyanın iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və dövrümüzün bu aktual problemlərinin həllinə layiqli töhfələrini verəcəklər.

Baş Assambleyanın mövzusu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunmasına, mövqelərin ortaya qoyulmasına zərurət yaratdı. Bu fikir istər dövlətimizin başçısı İlham Əliyevin Assambleya iştirakçılarına təbrik məktubunda, istərsə də məruzələrdə qeyd olundu ki, Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanması regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa maneçilik törədən əsas amillərdəndir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 20 ildən artıqdır ki, işğal altındadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.

Münaqişənin həllində beynəlxalq dəstəyin rolunu nəzərə alsaq, beynəlxalq təşkilatların əksəriyyəti problemlə bağlı qərar və qətnamələr qəbul etmişdir. Bu sənədlərdə Azərbaycanın mövqeyi dəstəklənir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin, ATƏT-in, Avropa Şurasının, NATO-nun, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Ermənistan isə bütün bunlara məhəl qoymur. Bu səbəbdən də bölgədə davamlı sülh və təhlükəsizlik üçün ən böyük təhlükə olan bu münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə ədalətli həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər nəticəsiz qalmışdır. Beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasının vacibliyi rəsmi Bakı tərəfindən ən yüksək tribunalardan bəyan edilir.

Baş Assambleyanın əhəmiyyətli məqamlarından biri də qəbul olunan Bakı Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və məsələnin məhz bu prinsip əsasında həllinin vacibliyinin önə çəkilməsidir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi Xose de Venesia bildirdi ki, dünyanın ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatında bu problem müzakirəyə çıxarılıb. Təşkilatın 4 qətnaməsi qəbul olunub. Biz münaqişənin BMT-nin qətnamələri əsasında ədalətli həllini tapmasını istəyirik. Bütün münaqişəli məsələlər beynəlxalq hüququn normaları əsasında həllini tapmalıdır. Bu, regionda sülh və sabitliyin yaranmasının yeganə roludur. Pakistan Müsəlman Liqası Partiyasının nümayəndəsi senator Muşahid Hüseyn Sayed ölkəsinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini açıqlayaraq bildirmişdir ki, Pakistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə əməl olunmasını və Azərbaycana qarşı təcavüzkarlığın tam aradan qaldırılmasını istəyir. Muşahid Hüseyn Sayed, eyni zamanda, Assambleya ilə bağlı fikirlərini açıqlayaraq bildirmişdir ki, tədbirdə Asiya ölkələrinin siyasi partiyalarının iştirakı Azərbaycan üçün böyük uğurdur. Azərbaycan Asiya ilə Avropanı birləşdirən bir körpü olaraq öz mövqeyini günbəgün möhkəmləndirir, nüfuzunu artırır. Bu uğurlar gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.

Xalqlar və dövlətlər yaxınlaşır...

Göründüyü kimi, Azərbaycanda dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən belə tədbirlərin keçirilməsi bir daha göstərir ki, ölkəmizdə demokratik dəyərlərin qorunub inkişaf etdirilməsinə, sosial-iqtisadi problemlərin həllinə böyük önəm verilir. Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, “İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, insana azad, sərbəst düşünmək hüquqlarını qazandıran dəyərlər mövcud olmadan iqtisadi və sosial inkişafdan danışmaq qeyri-mümkündür. Azərbaycanın demokratikləşmə strategiyası ölkəmizdə bu sahədə həyata keçirilən islahatların miqyasını genişləndirir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, dini və milli azlıqların hüquqlarının təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Respublikamızda artıq formalaşan qanunvericilik bazasının təkmilləşməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişafı, insanlara sərbəst toplaşmaq azadlığının verilməsi Azərbaycan demokratiyasının təkmilləşməsindən xəbər verir. Ölkəmizdə milli və dini azadlıqlar tam təmin olunmuşdur və Azərbaycanın tolerantlıq təcrübəsi nümunə göstərilir. Qeyd edək ki, cari ilin oktyabrında ölkəmizdə “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən Beynəlxalq Humanitar Forumda da qeyd olunmuşdur ki, sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, mədəniyyət, incəsənət və elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və kəsişmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Dünyada inteqrasiya proseslərinin gücləndiyi bir şəraitdə sivilizasiyaların dialoqu daha zəruridir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında da ölkəmizin tolerantlıq təcrübəsi yüksək dəyərləndirildi. Dünya birliyinin terrorizmə, ekstremizmə, separatizmə qarşı mübarizəni genişləndirdiyi indiki dövrdə ölkələr arasında münasibətlərin inkişafına təkan verəcək bu tədbirin əhəmiyyəti xüsusi qeyd olundu.

YAP hər zaman cəmiyyətimizə milli mənafelərimizə

söykənən yenilikçi fəaliyyət örnəyi təqdim edir

Çıxışlarda tədbirin təşkilatçısı olan Yeni Azərbaycan Partiyasının tutduğu yol təqdir edilərək bildirildi ki, beynəlxalq əməkdaşlığı fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən partiya müxtəlif mövzuları əhatə edən tədbirlərin təşkilatçılığını öz üzərinə götürməklə yeniliyə, müasirliyə meyilli olduğunu nümayiş etdirir, eyni zamanda, demokratik inkişafa öz töhfəsini verməyə səy göstərir. Demokratiyanın inkişafında vacib amillərdən biri məhz dialoqun təşkili, müxtəlif məsələlər ətrafında fikir mübadiləsinin aparılmasıdır. Xose de Venesia VII Baş Assambleyanın işində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan 12-sinin təmsilçisinin iştirakını demokratiyanın göstəricisi kimi qeyd edərək, bu münasibətlə Azərbaycan dövlətini və rəhbərliyini təbrik etmişdir.

Birgə səylər yeni hədəflərin müəyyənləşdirilməsində

və onlara çatmaqda həlledici rol oynayır

Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın 20 illik yubiley mərasimində bildirmişdir ki, YAP hər zaman cəmiyyətimizə müsbət, milli mənafelərimizə söykənən yenilikçi fəaliyyət örnəyi təqdim etmişdir. YAP-ın fəaliyyət konsepsiyasının əsasını ölkənin siyasi, iqtisadi yüksəlişində liderlik mövqeyini qorumaq, beynəlxalq əlaqələri genişləndirmək, Azərbaycanı dünyaya tanıtmaq kimi ülvi məqsədlər dayanır. İCAPP-la olduğu kimi, Avropa Xalqları Partiyası ilə də yüksək səviyyəli əməkdaşlığa dəyər verən Yeni Azərbaycan Partiyası bir daha təsdiqləyir ki, vahid ideya və özünü doğrultmuş məqsəd naminə fəaliyyətini təkmilləşdirən qurum Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. Belçikanın sabiq Baş naziri, Avropa Xalqları Partiyasının sədri Uilfrid Martinsin İCAPP-ın VII Baş Assambleyasının iştirakçılarına videomüraciətində də Yeni Azərbaycan Partiyasının nüfuzunu, təşkilatçılıq missiyasını yüksək dəyərləndirərək, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının siyasi partiyaları özündə birləşdirən yeganə beynəlxalq qurum olduğunu önə çəkmiş və bu inamı ifadə etmişdir ki, təşkilatın qarşıya qoyduğu məqsədlərə birgə səylər əsasında nail olmaq mümkündür. Birgə səylər yeni hədəflərin müəyyənləşdirilməsində və onlara çatmaqda əsas rol oynayır. İCAPP-ın yaratdığı əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən U.Martins qurumun daha uğurlu gələcəyinə əminliyini bildirmişdir. Eyni fikirləri BMT-nin baş katibi Pan Gi Mun da ifadə etmişdir. O, Assambleya iştirakçılarına videomüraciətində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrin inkişafında rolunu xüsusi vurğulayaraq, onun təşkilatçılığı ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Asiya regionunda sülhə, sabitliyə və inkişafa böyük imkanlar yaradacağına inamını ifadə etmişdir.

Bu fikir Assambleyada dəfələrlə qeyd olundu ki, dayanıqlı inkişafa nail olmaq üçün ümumi layihələrin icrasına zərurət duyulur. Bunun üçün regionda sülh və təhlükəsizliyin təmin olunması əsas şərtdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin əsas müzakirə mövzusu olması, müxtəlif ölkələri təmsil edən nümayəndələrin problemin həlli ilə əlaqədar mövqelərini ortaya qoyması bu baxımdan əhəmiyyətlidir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun VII Baş Assambleyadakı çıxışında bildirdiyi kimi, İCAPP-ın təsis olunmasında da məqsəd Asiya qitəsində fəaliyyət göstərən, müxtəlif ölkələri, millətləri, dini konfessiyaları, mədəniyyətləri, siyasi sistemləri təmsil edən partiyalar arasında qarşılıqlı dialoq mühitinin, səmərəli əməkdaşlığın əsasını qoymaqdır. Yarandığı gündən qurumla əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəmizin sülhsevər siyasətinin təbliği istiqamətində önəmli addımlar atmışdır.

Göründüyü kimi, İCAPP-ın VII Baş Assambleyası müzakirələrin dolğunluğu, qarşıya qoyulan hədəflər baxımından olduqca əhəmiyyətli və diqqətçəkəndir. Qeyd olunan fikirləri ümumiləşdirərək deyə bilərik ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı tərkibində keyfiyyət dəyişikliyi həyata keçirməklə, eyni zamanda, nüfuz dairəsini genişləndirir, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yol açır.

 

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO