Teymur Rəcəbov: “Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutduğum üçün xoşbəxtəm
Bakı, 5 oktyabr, AZƏRTAC
“Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutduğum üçün xoşbəxtəm. Bu il mənim üçün çox çətin bir il oldu. Turnirlə bağlı gözəl xatirələrim var və həqiqətən çox xoş anlar yaşadım.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Champions Chess Tour”un final mərhələsinin yekunları ilə bağlı turnirin rəsmi saytına müsahibəsində bildirib.
Şahmatçımız komanda yoldaşı Şəhriyar Məmmədyarova qalib gəldiyi səkkizinci turla bağlı deyib: “Bir-birimizə qarşı oyunlar hər zaman çox çətindir. Bu, yeganə tur idi ki, qalib gəldiyimə görə sevinmədim. Ümumiyyətlə yaxın dost olduğumuza görə biz öz aramızdakı qələbələri qeyd etmirik”.
Şahmatçımız son turda fransalı Maksim Vaşe-Laqrav üzərində qələbəsini əla adlandırıb.
Qeyd edək ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin qalibi olub, üçüncü mərhələ - “Opera Euro Rapid” adlı turnirin isə bürünc medalını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]