Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təyyarə fiaskosu: Sarkisyanın simasızlığının “göydə” təsdiqi

Təyyarə fiaskosu: Sarkisyanın simasızlığının “göydə” təsdiqi

Bakı, 20 may, AZƏRTAC

Ermənistan prezidenti Serj Sarkisyan Vyana görüşündən qayıdarkən təyyarədə erməni jurnalistlərinin suallarını cavablandırıb. Vəziyyəti aydınlaşdırmaq əvəzinə, o, özünü daha xoşagəlməz duruma salıb. Erməni lider, faktiki olaraq, indiyə qədər fasiləsiz yalan danışdığını, içində bir xainliyin və xofun olduğunu nümayiş etdirib. Hətta erməni ekspertlər onun bu xüsusiyyətlərini sübut edən faktlardan da yazıblar. S.Sarkisyanın ən böyük səhvlərindən biri isə Azərbaycan tərəfini "sözünə əməl etməməkdə", "etibarsızlıqda" ittiham etməsi olub. Aprel ayındakı "4 günlük müharibə"nin ağırlığı altında qaçıb Angela Merkelin ətəyinin altında gizlənən S.Sarkisyan təyyarədə bir "döyüşkən şirə" bənzəməyə çalışıb. Ancaq onun dediklərinin məntiqi və məzmunu şirlikdən yox, tülkülükdən xəbər verir. Çünki təyyarədə ifadə etdikləri ilə cəmi bir neçə həftə əvvəl, ayağı yerdə olarkən, İrəvanda İctimai Şura üzvlərinə dedikləri arasında ciddi fərqlər var. Aciz prezidentin özü də bilmir ki, dediklərinin hansı düzdür - azərbaycanlılar demişkən, "gah nala vurur, gah da mıxa"!

Separatçılıqdan siyasətə qədər: dəyişməyən mənəviyyatsızlıq kodları

Yalançı hər yerdə yalançıdır; istər yerdə olsun, istər göydə. Xainliyin və qorxaqlığın da konkret məkanı yoxdur - dünya genişdir. Haqsız olmaq isə daha acınacaqlıdır, çünki onun bu dünyada heç yeri yoxdur. Şərəfsizlik onu yerdə də, göydə də yaxalaya bilər. Serj Sarkisyan bu dəfə "göydə" - təyyarədə yalanı və xainliyi ilə yaxalandı. Bunu bir sıra erməni eksperti yazır (bax: məs., Акоп Бадалян. Где в Вене рассматривался вопрос территорий? / "Lragir.am", 18 may 2016 və Егиазар Айнтабци. Почему отступил Серж Саргсян / "1in.am", 18 may 2016).

Ermənistan prezidenti Vyana görüşündən sonra İrəvana qayıdarkən, təyyarədə erməni jurnalistlərə müsahibə verib. Guya dəyərli bir dövlətin layiqli başçısıdır. Ancaq onun təyyarədə dedikləri siyasi kimliyini bir daha ortaya qoydu. Ekspertlər S.Sarkisyanın danışdıqlarının yalan və əsassız olduğunu faktlarla sübut edirlər. Doğrudan da, bir siyasətçi üçün çox utandırıcı vəziyyətdir. Təsəvvür edin ki, erməni ekspert S.Sarkisyana sual edir ki, "təyyarədə dediklərinlə İrəvanda prezident iqamətgahında İctimai Şura üzvləri ilə görüşdə söylədiklərin uyğun gəlmir. Həqiqət haradadır?" (bax: Егиазар Айнтабци. Почему отступил Серж Саргсян / "1in.am", 18 may 2016).

Ekspert konkret misal göstərərək, yazır ki, bir neçə həftə əvvəl ölkənin birinci şəxsi İctimai Şura üzlərinə deyib ki, "biz qalib gəldik (aprel ayında Ermənistan ordusunun aldığı ağır zərbəni nəzərdə tutur - Newtimes.az) və bu qələbəni sona qədər davam etdirəcəyik" (bax: əvvəlki mənbəyə). Vyanadan qayıdarkən isə təyyarədə "qələbə" əvəzinə "silahlı qüvvələr qarşıya qoyulan vəzifəni yerinə yetirdi" ifadəsini işlədib.

Təbii ki, "qələbə" ilə qeyri-müəyyən "vəzifəni yerinə yetirmək" fərqli şeylərdir. Həm də ikinci fikir əsassızdır. Çünki birincisi, Azərbaycan Ordusu bir neçə strateji yüksəklik və kəndi azad edib. İkincisi, əgər erməni ordusu öz vəzifəsini yerinə yetirmişdisə, onda nəyə görə 3 yüksək vəzifəli general işindən qovuldu? Hansı səbəbdən S.Sarkisyan müharibədən dərhal sonra öz mövqelərini qoyub qaçan əsgərlərin cəzalandırılması haqqında tapşırıq verib? Dağlıq Qarabağdan qaçan erməniləri milis niyə zorla, hətta döyə-döyə geri qaytarırdı?

Bunlardan başqa, Ermənistan rəhbərliyi səfərbərlik elan edərək hansı səbəblərdən 60 yaşlı veteran "döyüşçüləri", qızları və Əsgəran çobanlarını orduya çağırmışdı? Əgər Ermənistan ordusu "qəhrəmanlığa qadirdirsə", nəyə görə Avropadakı təcrübəli qatil kimi tanınan erməni terrorçulardan qrup düzəldib, döyüş bölgəsinə atırdılar? Azərbaycan tərəfdən şanlı komandoslarımızdan başqa heç kimsə savaşa buraxılmadı.

Dünyanın bütün guşələrindən azərbaycanlı gənclər ölkə Prezidentindən müharibəyə göndərilmələrini xahiş etdilər. Lakin Azərbaycan artıq peşəkar və döyüş əməliyyatını özünün apara biləcəyi Orduya sahibdir. Ermənistan kimi ordan-burdan yığılan adamlara ehtiyacı yoxdur. Lazım gəlsə, səfərbərlik də peşəkar müharibə aparmağın qaydaları çərçivəsində həyata keçiriləcək.

Sarkisyanın "peşəkar döyüşçüləri": Əsgəran çobanları, ixtiyarlar və...qızlar

Serj Sarkisyanın "peşəkar döyüşçüləri" və komandosları kimlərdir - yuxarıda vurğuladığımız kimi, Əsgəran çobanları, qoca kişilər və bir də qızlar. KİV-də yayılan fotolardan görünür ki, yaşlı ermənilər güclə 5-10 kiloluq girləri beli əyilə-əyilə qaldırır. Bir şəkildə isə qoca erməni kişisi avtomatı kənara qoyub dərdli-dərdli düşünür. Yəqin, S.Sarkisyanı ürəyində söyüb, "bizi bu bataqlığa niyə saldın", - deyə fəryad edir.

Ekspertlər S.Sarkisyandan onu da soruşurlar ki, İrəvanda qələbədən danışırsan, Vyanada isə deyirsən ki, "Azərbaycan 800 hektar torpaq sahəsini aprel müharibəsində geri qaytarıb" (bax: Акоп Бадалян. Где в Вене рассматривался вопрос территорий? / "Lragir.am", 18 may 2016). Deməli, bu Qarabağ separatçısı yalan danışır.

Erməni ekspertlər sırasında bütün bunları ümumiləşdirərək, rəsmi İrəvanın məzmunca "kəndçi siyasəti", yəni peşəkarlıqdan, məntiqdən, sistemlilikdən uzaq bəsit siyasət apardığını açıq yazanlar var. Məsələn, erməni analitik İqor Muradyan yazır: "Ermənistan siyasətində kəndçi stili hələ kommunistlərin zamanından başlamışdı və L.Ter-Petrosyan rejimi tərəfindən də təsdiq olundu (oxu: davam etdirildi - Newtimes.az). Sonra hakimiyyətə "klassik" kəndçilik gəldi ki, bu da Ermənistanı birdəfəlik dalana saldı" (bax: Игорь Мурадян. Где провален Русский проект / "Lragir.am", 17 may 2016).

Bizcə, maraqlı qiymətləndirmədir. S.Sarkisyanın təyyarədə danışdıqları da məhz "klassik" kəndçi siyasətinin bariz nümunəsidir. Söylədikləri yalanlarla yanaşı, münaqişənin gedişatı ilə bağlı ifadə etdiyi böhtan fikirlər də bu aspektdə "klassik kəndçi siyasəti" kontekstinə tam uyğundur. Belə ki, qeyri-ardıcıl, məntiqsiz, əvvəl söylədiklərini təkzib edib, qarşı tərəfi "verdiyi sözə əməl etməməkdə" ittiham etməyin başqa anlamı yoxudur.

Azərbaycan rəhbəri hansı sözünə əməl etməyib? Prezident həmişə deyib ki, "İrəvan tarixi Azərbaycan torpağıdır", "təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır", "torpaqlar azad edilib, məcburi köçkünlər öz evlərinə qayıdandan sonra biz Ermənistanla münasibətlərə yenidən baxa bilərik", "Ermənistanın hər bir hərbi təxribatına layiqincə cavab veriləcək"! İlham Əliyev bunların hansına əməl etməyib? Hamısına dəqiqliklə əməl edir. Azərbaycan tərəfi atəşkəs rejiminin bütün şərtlərini gözləyir, lakin düşmənin həyasız aqressivliyini də cavabsız buraxmır.

S.Sarkisyan düşünür ki, dinc azərbaycanlılara "Qrad" atmaq olar, topların atəşi altına salmaq mümkündür, iriçaplı silahlardan onları qətlə yetirmək "atəşkəs rejiminin şərtlərinə uyğundur", ancaq Azərbaycan Ordusunun bütün bu yaramazlıqlara, insanlıq anlayışından kənarda olan həyasızlığa cavab verməsi "sözünə əməl etməməkdir"? Hər şeyin bu dünyada bir həddi var, ancaq, deyəsən, ermənilərin ağaları onları tamamilə normal insan psixologiyasından uzaqlaşdırıblar. Əgər bir dövlətin başçısı bu cür səviyyəsiz və ən əsası, ədalətsizcəsinə yalan danışırsa, onda onun rəhbərlik etdiyi ölkənin cəhənnəmə çevrilməsi günü uzaqda deyil. Allah götürməz!

Təsəvvür edin ki, keçən əsrin 90-cı illərində kənar qüvvələrin birbaşa yardımı ilə, müharibənin qanunlarına əməl etmədən, qaçaq-quldur, terrorçu üsulu ilə Xocalıda, Şuşada, Ağdamda, Füzulidə və başqa bölgələrimizdə qətliam törədib, torpaq işğal edəsən, sonra da ona "vətən torpağı" adını qoyasan! Üstəlik, o torpaqların əsl sahibləri onları azad etmək üçün savaşa atılanda, onları "aqressor" adlandırasan və özünü elə aparasan ki, guya həmin torpaqlardan alver üçün istifadə etmək olar - "status əvəzinə torpaqların bir qisminin qaytarılması" kimi əsassız formul təklif edəsən.

S.Sarkisyanın Vyanadan qayıdarkən, təyyarədə söylədiklərindən bu iyrəncliklər yağırdı. Ancaq onu və tərəfdarlarını artıq heç nə və heç kimsə xilas edə bilməyəcək. S.Sarkisyan gec və ya tez ədalət mühakiməsi qarşısında dayanacaq. Ancaq o zaman hətta havadarlarının belə Serj Sarkisyanı "Homo sapiens" adlandıracaqlarına ciddi şübhələr vardır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib