TƏYYARƏ HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QƏZA ENİŞİ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Bakı-Surqut reysi ilə havaya qalxan təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında qəza enişi etmişdir.
Hava limanından bildirmişlər ki, qəza enişinə təyyarənin mühərriklərindən birində yaranmış nasazlıq səbəb olmuşdur. Pilotların sayıqlığı və peşəkarlığı sayəsində heyətin və sərnişinlərin arasında xəsarət alan olmamışdır.
Təyyarənin mühərrikində yaranmış nasazlıq aradan qaldırılır.