TƏZƏPİR MƏSCİDİNDƏ EHSAN
Əvvəlcə mərhumun ruhuna dua oxundu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə dahi liderin, dünya miqyaslı siyasətçinin əvəzsiz xidmətlərindən danışaraq dedi ki, o, dinə, İslam mənəviyyatının və adət-ənənələrinin qorunub saxlanmasına hörməti şəxsi nümunəsi ilə sübut etmiş, ilk imkan düşən kimi Məkkəni, Kərbəlanı və müsəlmanların digər müqəddəs yerlərini ziyarətə getmişdir.
Şeyxülislam bildirdi ki, Təzəpir məscidi adından Bakıdakı qocalar evində, uşaq evlərində, əlillər evlərində, ruhi əsəb xəstələri üçün xəstəxanada ehsan və sədəqə veriləcəkdir. Bakının və rayonların bütün məscidlərində dua oxunacaq və ehsan süfrəsi açılacaqdır.
Ehsana dəvət olunmuş Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli liderinə Allahdan rəhmət dilədilər.