TİKİNTİ İŞLƏRİNƏ DAİR MÜSABİQƏ KEÇİRİLİR
Dekabrın 11-də Bakıda tikinti işlərinə dair müsabiqə keçirilir. Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən elan olunan bu müsabiqənin ümumi məbləği 3,7 milyon avrodur.
Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Birliyinin ayırdığı bu vəsait, əsasən, Füzulu rayonunun əhalisinə tikinti materialları göndərilməsinə yönəldiləcəkdir. Orada 500 əhali öz qüvvəsi ilə evi və yaşayış binasını bərpa edəcəkdir. Ayrılmış vəsaitin bir hissəsi Ağcabədi rayonunda üç məktəbin, enerji sisteminin, 50 kilometr uzunluğunda olan 110 kilovoltluq elektrik xəttinin, 40 artezian quyusunun və Qazax rayonunda iki yardımçı elektrik stansiyasının bərpasına xərclənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]