TİKİNTİ İŞLƏRİNİN HƏCMİ 30 FAİZ ARTMIŞDIR
Ötən il Mingəçevirdə ümumi sahəsi 4500 kvadratmetr olan iki çoxmərtəbəli yaşayış binasının inşası başa çatdırılaraq, 52 ailənin daimi istifadəsinə verilmişdir. Fərdi yaşayış evlərinin tikintisi də əvvəlki ildəkindən iki dəfə çox olmuşdur.
Səhər statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2003-cü ildə tikinti işlərinin ümumi həcmi 30 faiz artaraq 9,6 milyard manata çatmışdır. Bu son on ildə ən yüksək göstəricidir.