Tokayev: Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq
Nyu-York, 23 sentyabr, AZƏRTAC
Biz Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatda çıxışı zamanı deyib.
“Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]