İDMAN
“Tokio 2020”: Azərbaycan badmintonçusu ikinci görüşündə məğlub olub

Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz “L” qrupunda ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, E.R.Dviçayo birinci görüşdə vyetnamlı Tien Minh Nguyeni 2:0 hesabı ilə məğlub edib. Həmçinin danimarkalı A.Antonsendə ilk görüşündə T.M.Nguyeni 2:0 hesabı ilə üstələyib.
Turnirin reqlamentinə əsasən, 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibi səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [18:43]
“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib
- 09.12.2023 [18:15]
“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb
- 09.12.2023 [17:55]
Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
- 09.12.2023 [17:08]
Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub
- 09.12.2023 [16:11]
Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş
- 09.12.2023 [16:07]
FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib
- 09.12.2023 [15:19]