“Tokio 2020” Olimpiadasının təşkilat komitəsi Oyunlara hazırlığı davam etdirir
Tokio, 13 mart, AZƏRTAC
“Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Beynəlxalq Olimpiya və Paralimpiya komitələri ilə birlikdə oyunlara hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Oyunların təşkilat komitəsi ABŞ Prezidenti Donald Trampın yeni koronavirusun yayılması ilə bağlı Olimpiadanın bir il müddətinə təxirə salınması barədə təklifinə cavab olaraq bildirib.
Təşkilat komitəsi bəyan edib ki, hazırlıq işləri ümumi vəziyyət diqqətlə izlənilərək və Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl olunaraq davam etdiriləcək.
Bununla yanaşı, martın 12-də Yunanıstanda Olimpiya məşəlinin yandırılması mərasimində çıxış edən BOK prezidenti Tomas Bax qeyd edib ki, Tokio Olimpiya Oyunları planda nəzərdə tutulan vaxtda keçiriləcək.
Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarının iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]