Tokio Animasiya Festivalı maraqlı ekran əsərləri ilə iştiraka dəvət edir
Bakı, 3 sentyabr, AZƏRTAC
Gələn ilin martında Yaponiyada Tokio Animasiya Festivalı keçiriləcək. Festivalın təşkilat komitəsi dünyanın hər yerindən son vaxtlar çəkilmiş ən maraqlı animasiya filmlərini iştiraka dəvət edib.
AZƏRTAC xəbər verir ki, festivalın keçirilməsində məqsəd orijinallıq baxımından yüksək keyfiyyətli filmləri nümayiş etdirmək, yeni istedadları aşkara çıxarmaq və animasiya sənayesinin inkişafına töhfə verməkdir.
Müsabiqəyə 2019-cu il yanvarın 1-dən sonra çəkilən animasiya filmləri təqdim edilə bilər.
Yarış tammetrajlı və 30 dəqiqədən az olan qısametrajlı animasiyalar kateqoriyaları üzrə keçiriləcək.
Əsas mükafat 500 min yen məbləğində təyin olunub.
Festival müsabiqəsi, qaydalar, ötən ilki müsabiqənin finalçıları və qalibləri haqqında ətraflı məlumat almaq üçün https://animefestival.jp/en/award/competition/ linkinə müraciət etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]