Tomsk Dövlət Universiteti Azərbaycandan üzrxahlıq edib
Bakı, 9 fevral, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı açıqlama yayıb.
Hikmət Hacıyev deyib ki, bu səfərlə əlaqədar Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayəti qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviç ilə müzakirə edib və ölkəmizin narahatlığını çatdırıb. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb.
Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç baş konsul Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını, lazımi tədbirlər görüləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]