Tovuzda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar
Bakı, 12 mart, AZƏRTAC
Tovuz rayonunda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Bozalqanlı kəndində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimi dayandırıblar.
Rayon polis şöbəsinə gətirilən mərasim iştirakçıları ilə izahedici-profilaktik söhbətlər aparılıb, onlara karantin rejiminin qaydaları barədə məlumat verilib. İştirakçılardan 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]