Tramp NATO üzvlərindən hərbi xərcləri ÜDM-in 3 faizinədək artırmağı tələb edə bilər

Bakı, 24 iyul, AZƏRTAC
ABŞ-ın sabiq prezidenti Donald Tramp yenidən Ağ evin rəhbəri seçiləcəyi təqdirdə NATO üzvlərindən hərbi xərclərini ümumdaxili məhsulun (ÜDM) üç faizinə qaldırmalarını tələb edə bilər.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Donald Trampın müşavirləri artıq bu ideyanı ona təklif ediblər.
Müzakirələrlə tanış olan mənbənin sözlərinə görə, sabiq prezidentin komandası bu tələbin Donald Trampın rəsmi mövqeyinə daxil edilib-edilməməsi ilə bağlı hələlik yekun qərar verməyib.
Ekspertlərin hesablamalarına görə, hərbi xərclərin ÜDM-in 3 faizi səviyyəsində müəyyən edilməsi Almaniyanın növbəti 10 il ərzində hərbi ehtiyaclara təxminən 900 milyard dollar daha çox xərcləmək məcburiyyətində qalmasına, Fransa, İtaliya, İspaniya və Kanadanın hər birinin xərclərinin isə 500 milyard dollara çatmasına səbəb ola bilər.
“Politico” qəzetinin iyulun 2-də yaydığı məlumata görə, ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq və Şimali Atlantika Alyansının bəzi ölkələrini Vaşinqtonun təhlükəsizlik zəmanətindən məhrum etmək imkanlarını nəzərdən keçirir. Sabiq dövlət başçısının planına görə, ÜDM-in iki faizindən azını müdafiə sahəsinə ayıran NATO üzvləri ABŞ-dan yardım və təhlükəsizlik zəmanəti ala bilməyəcəklər.
Qeyd edək ki, NATO üzvləri arasında yalnız Yunanıstan, Polşa və ABŞ hazırda ümumdaxili məhsulunun üç faizdən çoxunu hərbi xərclərə ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [17:50]
Çexiya hökuməti yeni etimadsızlıq səsverməsindən də uğurla çıxıb
- 19.06.2025 [17:43]
Avropa Parlamenti Gürcüstanla bağlı yeni qətnamə qəbul edib
- 19.06.2025 [17:36]
Suriya 14 ildən sonra ilk dəfə SWIFT vasitəsilə tranzaksiya həyata keçirib
- 19.06.2025 [17:03]
Platinin qiyməti son 10 ilin maksimumuna çatıb
- 19.06.2025 [16:51]
Roma Papası: Dünya müharibələri adi hal kimi qəbul etməməlidir
- 19.06.2025 [16:40]
Çin İrandan 1600 və İsraildən yüzlərlə vətəndaşını təxliyə edib
- 19.06.2025 [16:10]