“TRT Dünya Forumu”nda Azərbaycanın iqtisadi uğurlarından danışılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan İstanbulda keçirilən “TRT Dünya Forumu”nda təmsil olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Yusif Abdullayev forum çərçivəsində təşkil olunan “Tənəzzül və staqflyasiya arasında: Dünya iqtisadiyyatı yolayrıcında" mövzusunda panel müzakirələrində iştirak edib.
O, qlobal ərzaq, maliyyə və enerji böhranları fonunda Azərbaycan iqtisadiyyatının inkişafını diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verib, birbaşa xarici investisiyaların həcmində müsbət dinamikanın müşahidə olunduğunu deyib.