Tullantı toplayıcılarının sosial müdafiəsi qlobal müzakirə mövzusunda
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Latın Amerikasında tullantı toplayıcıları və inklüzivlik və dairəvi iqtisadiyyat üçün ədalətli keçid alyansları” mövzusunda sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə inteqrə olunmuş bərk tullantıların idarə olunması, tullantı toplayıcılarının sosial müdafiəsi və dairəvi iqtisadiyyat modelinə keçid məsələləri müzakirə olunur. Sessiyada xüsusilə Latın Amerikası və Karib hövzəsi ölkələrinin təcrübələri, tullantıların təkrar emalı sahəsində innovativ yanaşmalar və inklüziv şəhər idarəçiliyinin əhəmiyyəti diqqət mərkəzindədir.
Müxbir - Günel Alıyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [13:46]
Şuşa və Naxçıvanda DİM-lərin lokallaşdırılması üzrə struktur proses başlayıb
- 22.05.2026 [13:43]