Tunisin dəniz mühafizəsi 14 balıqçını yanan qayıqdan xilas edib
Bakı, 29 iyul, AZƏRTAC
Tunisin dəniz mühafizə dəstələri ölkənin şərqindəki Monastır əyalətinin sahillərində qayığı alovlanan 14 balıqçını xilas edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yanğınla bağlı Sousse limanının nəzarət qülləsinə məlumat çatdırılıb. Yardım məqsədilə hadisə yerinə yaxın olan bir qrup balıqçı kömək göstərib. Yanğını söndürmək, zədələnmiş qayığın bütün heyətini təxliyə etmək üçün dərhal Monastırın dəniz mühafizəsinə məxsus iki hərbi-dəniz bölməsi göndərilib. Onları Tebulba balıqçı limanına aparıblar.
Balıqçılar xilas edildikdən sonra dərhal yerli xəstəxanaya çatdırılıblar.
Monastır Məhkəməsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]