“Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub
Bakı, 10 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turundan təxirə salınan “Turan Tovuz” - “Qarabağ” oyunu rekordla əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5 min 800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Bunadək ən çox tamaşaçı I turun “Turan Tovuz” - “Qəbələ” (0:2) və III turun “Sabah” - “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5 min 500 tamaşaçı olub.
Təxirə salınan görüşü də nəzərə almaqla üçüncü turdakı azarkeş sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da birinci turun rekordu yenilənib. Mövsümün ilk turunda 10 min 600 izləyici olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]