“Turan Tovuz” komandası yoxlama oyununda Gürcüstanın “Merani” klubuna qalib gəlib
Bakı, 24 iyul, AZƏRTAC
Gürcüstan təlim-məşq toplanışında olan “Turan Tovuz” futbol klubu ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Ayxan Abbasov yetirmələri yerli “Merani” (Tbilisi) komandası ilə qarşılaşıb.
Görüş Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Turan Tovuz”un heyətində İmeda Aşortiya və Ayxan Hüseynov fərqlənib, daha bir qolu isə rəqib futbolçu öz qapılarından keçirib.
“Turan Tovuz” Gürcüstandakı toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. İyulun 27-də Tbilisi “Dinamo”su ilə qarşılaşacaq komanda ayın 29-da “Qaqra” ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]