TURİN OLİMPİADASINDA TİBBİ YARDIM YÜKSƏK SƏVİYYƏDƏ OLACAQ
Pyemont vilayətinin hakim dairələri bildirmişlər ki, yarışlar, məşqlər keçirildiyi və Oyunların mədəni proqramı yerinə yetirildiyi günlərdə tibb işçilərindən ibarət briqadalar “əmək növbəsi”ndə olacaqlar. Onlar bütün lazımi dava-dərman, avadanlıq, nəqliyyat vasitələri ilə təmin ediləcəklər. Üç Olimpiya kəndində (Turin, Sestrier, Bardonekkya) tibb elminin son nailiyyətləri əsasında, o cümlədən təcili diaqnoz üçün kompüter avadanlığı ilə təchiz edilən poliklinikalar tikilmişdir.
Olimpiadanın tibb xidmətinə mülki aviasiya vertolyotları, polis, karabinerlər, yanğınsöndürənlər, xilasedicilər də ayrılmışdır. Dopinq nəzarətində 500 nəfər könüllü həkim işləyəcəkdir. Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları 170 çevik briqadaya bölünmüşlər. Onlar Oyunların qonaqlarına və iştirakçılarına gecə-gündüz lazımi tibbi yardım göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]