“Turizm ili” çərçivəsində “Palmalife Lenkaran Resort” hoteli istifadəyə verilmişdir
Lənkəran, 16 iyul (AZƏRTAC). “Turizm ili” çərçivəsində Lənkəranın Sütəmurdov kəndində “Palmalife Lenkaran Resort” hoteli istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən hotelin baş meneceri Zəfər Atakan Lənkəranın turizm imkanları barədə danışmış, mehmanxananın yerli və xarici qonaqları yüksək səviyyədə qəbul edəcəyini bildirmişdir.
Sonra ölkəmizin tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmiş və atəşfəşanlıq olmuşdur.
Azərbaycanın füsunkar guşələrindən olan Lənkəranda, Xəzər dənizinin sahilində yerləşən “Palmalife Lenkaran Resort” hotelinin ümumi sahəsi 3,7 hektardır. Çoxsaylı ağac və gül kollarının, palıd meşəsinin və fəvvarələrin əhatəsində yerləşən, 6 kottecdən və 22 nömrədən ibarət hoteldə eyni vaxtda 100 turistin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Restoran kompleksinin tərkibinə bar, çayxana, kafe və konfrans zalı daxildir. Mükəmməl servisi ilə fərqlənən restoranın menyusunda Azərbaycan və Avropa mətbəxinin ən gözəl nümunələri yer alır. İdman kompleksində tennis kortu, basketbol, voleybol və uşaqlar üçün oyun meydançası inşa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]