Turizm İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Bakı, 25 dekabr (AZƏRTAC). İsrailin Azərbaycandakı səfirliyinin nümayəndəsi Ronen Krausz Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, İsrailin Elat şəhərində təcrübə keçmiş tələbələrlə görüşdə institutun rektoru, professor Cəfər Cəfərov bildirmişdir ki, artıq üçüncü ildir İsrailin ölkəmizdəki səfirliyinin əməkdaşları ilə ənənəvi görüşlər təşkil edirik. Görüşlərin məqsədi dünyanın turizm sektorunda önəmli yerlərdən birini tutan İsrailin təcrübəsindən yararlanmaqdır.
Ronen Krausz 2011-ci ildə İsrailin nüfuzlu turizm müəssisələrində təcrübə keçəcək tələbələrə bu ölkə ilə bağlı məlumatlar vermiş, dil öyrənmək məqsədi ilə xüsusi kursların təşkilində onlara dəstək olacağını söyləmişdir.
Diplomat ATİ ilə səfirlik arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]