Turizm obyektlərində monitorinqlər üç mərhələni əhatə edir
Bakı, 15 iyul (AZƏRTAC). Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il monitorinqlər 3 mərhələdə təşkil olunur. Artıq başa çatmış birinci mərhələ Bakı-Abşeron bölgəsində aparılıb. İkinci mərhələ üzrə monitorinqlər hazırda respublikamızın digər regionlarında həyata keçirilir.
Növbəti monitorinqlərin isə yay mövsümündən sonra Bakı-Abşeron bölgəsində davam etdirilməsi planlaşdırılır.
Monitorinqlər zamanı turizm obyektlərində aşkara çıxarılan nöqsanların aradan qaldırılması məqsədilə obyekt rəhbərlərinə xəbərdarlıqlar edilir və bununla bağlı müvafiq tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]