Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turizm Şurası turizm sahəsinin inkişafına öz töhfələrini verir

Bakı, 2 mart, AZƏRTAC

Son illər Azərbaycanda turizm sənayesi qeyri-neft iqtisadiyyatının genişləndirilməsi istiqamətində aparıcı rol oynamağa başlayıb. Çünki qədim və zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan ölkəmizdə bu sahənin daha da inkişafı üçün böyük imkanlar var.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə son illərdə həm mövcud imkanlardan geniş istifadə olunub, eyni zamanda dövlət dəstəyi ilə turizmin inkişafı istiqamətində böyük layihələr həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi bu sahədə yeni bir mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoyub.

Azərbaycanda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması və bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə görülmüş işlərin bariz nümunəsidir.

Həyata keçirilən islahatlarla yanaşı, ölkə rəhbərliyi tərəfindən turizm sənayesinin inkişafına yönəlmiş yüksək dövlət qayğısının göstəricisi kimi Azərbaycan Respublikası Turizm Şurasının yaradılması da mühüm addım olaraq dəyərləndirilməlidir. 2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin Fərmanı ilə Şuranın tərkibi təsdiq olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədri olduğu Şuraya müvafiq dövlət orqanlarının səlahiyyətli şəxsləri üzv təyin edilib.

Turizm Şurasının yaradılmasında əsas məqsəd ölkəmizdə turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın təkcə ötən il beş dəfə olmaqla, ümumilikdə altı iclası keçirilib. İclaslar çərçivəsində turizm sənayesinin inkişafı üçün Şura tərəfindən görüləcək işlər, ölkəmizdə keçirilən mühüm tədbirlərin əlaqələndirilməsi, turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə işçi qrupların yaradılması, ticarət festivallarının keçirilməsi, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra edilməsi, o cümlədən ölkəmizdə yay turizm mövsümünün açılışı və çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planının icra vəziyyəti və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Turizm Şurası haqqında əsasnaməyə uyğun olaraq, şuranın indiyədək keçirilmiş bütün iclaslarında qəbul olunmuş qərarlar Mədəniyyət və Turizm Nazirliyində fəaliyyət göstərən Şuranın Katibliyi tərəfindən protokollaşdırılıb. Şuranın indiyədək keçirilən iclaslarında ümumilikdə 145 qərar qəbul edilib.

Şura öz fəaliyyətini işçi qrupları vasitəsilə həyata keçirir

Turizm sənayesi özündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə fəaliyyəti əsasdır. Turizm Şurası da öz fəaliyyətini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir.

İşçi qrupların fəaliyyəti, onların həyata keçirdiyi işlər, qarşıya çıxan çətinliklər şuranın geniş tərkibli iclaslarında müzakirə olunaraq öz həllini tapır. Ötən dövr ərzində çimərlik turizminin inkişafı, turizm statistikasının təkmilləşdirilməsi, turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, liberal hava nəqliyyatı, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və viza verilməsi prosesinin asanlaşdırılması, turizm sahəsində təhlükəsizlik, sağlamlıq turizmi (eləcə də Naftalan nefti üzrə tədqiqat qrupu), dini turizm və ekoturizm üzrə işçi qrupları yaradılıb. İşçi qrupların əsas məqsədi ölkədə turizmin ümumi inkişafında rol oynayan müxtəlif sahələr üzrə müşahidə edilən problemlərin müəyyən edilməsi, mövcud çətinliklərin aradan qaldırılması və gələcək inkişaf üçün uyğun təkliflərin hazırlanmasıdır.

Turizm Şurası üçün prioritet məsələlərdən biri də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Strateji Yol Xəritəsində ölkəmizdə turizmin inkişafını stimullaşdıran çox mühüm müddəalar yer alıb. Bu sənəddə əksini tapan məsələlərin icrası istiqamətində bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə ilk dəfə olaraq ötən il yazda və payızda ticarət festivalı - Bakı Şopinq Festivalı keçirilib. Bu festivallar sərfəli ticarətlə yanaşı, ölkəmizin mədəni irsinin, incəsənətinin alış-veriş həvəskarlarına, yerli və xarici turistlərə tanıtımı üçün əlavə imkanlar yaratmış olub.

Ötən müddət ərzində, həmçinin Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etməkdədir. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülür. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş miqyasda tanınmasına və xarici turist axınına təkan verəcək. Həmçinin Strateji Yol Xəritəsinə əsasən, Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro paytaxtımızın beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində müvafiq işləri həyata keçirir.

Ümumiyyətlə, qısa müddət ərzində fəaliyyət göstərən Turizm Şurası tərəfindən turizm sahəsinin inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırılıb. Turistlərin məmnunluğunun artırılması üzrə təlimlərin təşkili, çimərlik turizminin inkişafı, turistlərin ölkə ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələrin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, turizm şirkətləri ilə görüşlərin təşkili, ölkəyə səfər edən turistlərdən rəy öyrənilməsi məqsədilə mərkəzləşdirilmiş elektron rəyalma sisteminin yaradılması, turizm sahəsində statistikanın təkmilləşdirilməsi üzrə bir sıra islahatların aparılması, habelə turizm sahəsində təhlükəsizlik üzrə təkliflər paketinin hazırlanması bu qurumun əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Şura, eyni zamanda turizm sahəsinin hərtərəfli inkişafı məqsədilə aidiyyəti qurumların uğurlu dialoqunun aparılması üçün vahid platforma rolunu oynayıb, bununla da sözügedən sahənin inkişafı istiqamətində bir sıra məsələlərin operativ, effektiv müzakirəsi və həlli təmin edilib.

Şübhəsiz ki, Turizm Şurasının 2018-ci ildə davam etdirəcəyi birgə əməkdaşlığa əsaslanan fəaliyyəti və Şura üzvlərinin bu istiqamətdə görüləcək işlərdə öz səylərini səfərbər etməsi ölkəmizdə turizm sənayesinin hərtərəfli inkişafına yeni-yeni töhfələr verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır