Turizm və ziyarət üzrə I Beynəlxalq Konqres keçiriləcək
Bakı, 17 iyul (AZƏRTAC). Sentyabrın 18-dən 20-dək Dünya Turizm Təşkilatının, İspaniyanın Sənaye, Enerji və Turizm Nazirliyinin və Qalisiya regional hökumətinin birgə təşkilatçılığı ilə Santyaqo-de-Kompostelada turizm və ziyarət üzrə I Beynəlxalq konqres keçiriləcək.
AZƏRTAC Dünya Turizm Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, konqresin məqsədi ziyarət və mənəviyyat yollarının tarixi və mədəni irsinin dini və dünyəvi aspektinə diqqət yetirməklə onların turizm üçün əhəmiyyətini işıqlandırmaqdır.
Konqresdə irsi varlığın qorunmasında və saxlanmasında turizm siyasəti və strategiyası müzakirə ediləcəkdir. Ziyarətin davamlı və məsuliyyətli turizmin inkişafına, eləcə də turizmin beynəlxalq qarşılıqlı anlaşmaya töhfəsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]