“TÜRK DASTANLARI TÜRK XALQLARININ ƏDƏBİ SALNAMƏSİDİR” MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Azərbaycan, Türkiyə, Almaniya, Türkmənistan, Qazaxıstan və digər ölkələrin tanınmış alimlərinin, Bakıdakı səfirliklərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Erol Oral çıxış edərək, türk xalqlarının tarixi köklərindən, ədəbi qaynaqlarından danışmış, milli mənəvi dəyərləri özündə yaşadan türk dastanlarının dəyərli ədəbi abidə olduğunu bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov və başqaları milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında görkəmli dövlət xadimi, türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəsna xidmətlərindən, türk xalqlarının tarixi bağlılığından söhbət açmışlar.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Türkiyənin Atatürk Universitetinin professoru Bilgə Seyidoğlu, Qazi Universitetinin professoru Öcal Oğuz, Aşğabad Uluslararası Türkmən Türk Universitetinin professoru Muratgeldı Soyeqov məruzələrində türk dastanları, onların əsas ideyalarından danışmış və bu ədəbi abidələrin daha dərindən tədqiq edilməsinin vacibliyini vurğulamışlar.
Sonra geniş müzakirələr olmuşdur.