TÜRK DÖVLƏTLƏRİNDƏ İCTİMAİ, SİYASİ VƏ İQTİSADİ DƏYİŞİKLİKLƏRƏ DAİR BEYNƏLXALQ KONQRES KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-dən 21-dək Türkiyənin Kocaeli Universitetinin təşkilatçılığı ilə “SSRİ-nin süqutundan sonra Qafqaz və Mərkəzi Asiyadakı türk respublikalarında ictimai, siyasi və iqtisadi dəyişikliklər” mövzusunda beynəlxalq konqres keçiriləcəkdir.
Məqsəd müstəqillik əldə etmiş türk respublikalarında bazar iqtisadiyyatına keçid prosesində, yeni demokratik cəmiyyətin qurulmasında ortaya çıxan problemləri, habelə bu sahələrdə birgə tədqiqat məsələlərini müzakirə etməkdir.
Konqresin təşkilat komitəsi ümid edir ki, tədbir türk dünyasının elm adamları arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]