Türk ekspert: Yaşıl şəhər yanaşması planlaşdırmanın bütün mərhələlərinə inteqrasiya olunmalıdır
Bakı, 22 may, AZƏRTAC
Yaşıl şəhərlərin yaradılması müasir urbanizasiya dövrünün əsas tələblərindən biridir. Çünki şəhərlər yalnız insanların yaşadığı məkanlar deyil, həm də onların sağlamlığını, rifahını və sosial-iqtisadi ehtiyaclarını ön planda saxlayan yaşayış mühitidir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Strateji Ekoloji Qiymətləndirmə şöbəsinin direktoru Nihan Şahin Hamamçı səsləndirib.
O bildirib ki, yaşıl və “ağıllı şəhər”lərin formalaşdırılması artıq zərurətə çevrilib. Direktorun sözlərinə görə, bu yanaşmaların planlaşdırma prosesinin bütün mərhələlərinə, - ən yüksək idarəetmə səviyyəsindən yerli icra mərhələsinədək, - inteqrasiya olunması, həmçinin bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [16:11]
Anar Quliyev: Biz WUF14-ə hazırlıq prosesində təcrübəmizi bölüşməyə hazırıq
- 22.05.2026 [16:11]