“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb
İstanbul, 19 iyul, Günel Karatepe, AZƏRTAC
Dünyada yaranan rabitə problemləri səbəbindən “Türk Hava Yolları” (THY) aviaşirkəti bir çox reysi təxirə salıb.
AZƏRTAC şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, THY dünya üzrə müxtəlif sektorlarda bir çox şirkətə təsir edən proqram təminatı ilə bağlı yaranan problemin həllinə dəstək məqsədilə sistemindəki sıxlığı azaltmağa çalışır.
“Uçuşlarla bağlı yarana biləcək problemin qarşısını almaq məqsədilə THY tərəfindən icra olunan bəzi səfərlər təxirə salınır. Reyslərin tədricən normallaşması ilə bağlı tədbirlər görülür”, - deyə THY-nin məlumatında bildirilir.
Şirkət uçuşu ləğv olunan sərnişinlərin mobil tətbiq vasitəsilə dəyişiklik edə biləcəyini bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]