Türk Şurasına üzv ölkələrin Turizm Nazirlərinin onlayn V konfransı keçiriləcək
Ankara, 22 iyun, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Turizm Nazirlərinin V konfransı keçiriləcək.
Türk Şurasından AZƏRTAC-a verilən məlumata görə, videoformatla təşkil olunacaq konfransa quruma üzv ölkələrlə yanaşı Macarıstanın turizm naziri də qatılacaq.
Türk Şurasının Baş katibliyi tərəfindən iyunun 23-də təşkil olunacaq konfransda nazirlər yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iflic vəziyyətinə düşən turizm sektorunda canlanma yaratmaq üçün vəziyyətdən çıxış yolunu müzakirə edəcəklər.
Konfrans çərçivəsində Türk Şurasının “Modern İpək Yolu Turu” layihəsinə aid təqdimat olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]