TÜRKİYƏ ABŞ-DAN 30 YENİ F-16 HƏRBİ TƏYYARƏSİ ALACAQDIR
Jurnala müsahibə verən Türkiyə Silahlı Qüvvələrinin səlahiyyətlisi bununla bağlı həmin təyyarələrin istehsalçısı “Lokhid Martin” şirkəti ilə danışıqlar aparıldığını söyləmişdir. Təyyarələrin alınmasına dair sazişin sentyabrın əvvəllərində imzalanacağı gözlənilir.
Xəbərdə bildirilir ki, Türkiyə öz Hərbi Hava Qüvvələrini müasirləşdirmək üçün ən yeni təyyarələr sayılan “F-16 Block 52” döyüş təyyarələri almağı və bu məqsədlə 1,5 milyard dollar ödəməyi planlaşdırır. Ötən il Yunanıstan da bu təyyarələrdən almaq üçün sifariş vermişdi.
Bundan başqa, Türkiyənin yeni nəsil hərbi təyyarələr alınması çərçivəsində ABŞ-ın himayəsi ilə Avropada istehsal olunan F-35 və “Avrofayter” qırıcılarını da alacağı bildirilir. Ümumi dəyəri 10 milyard dollar olan və 100 hərbi təyyarə alınmasını nəzərdə tutan layihənin bu ilin sonunda təsdiq olunacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]