Türkiyə daha doqquz ölkə ilə uçuşları dayandırıb
Ankara, 13 mart, AZƏRTAC
Türkiyə koronavirus infeksiyasının daha çox yayıldığı ölkələrlə mülki uçuşları dayandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib. Nazir bildirib ki, yeni qadağa siyahısına Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Niderland daxildir. Türkiyə bu ölkələrlə uçuşları martın 14-dən aprelin 17-dək qadağan edib.
Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, artıq ölkədə beş nəfər virus daşıyıcısı aşkarlanıb. Virusu tutan şəxs Almaniyadan yeni qayıdıb və ətrafındakı şəxsləri də yoluxdurub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]