Türkiyə həbsxanalarında peşə məktəbləri fəaliyyət göstərəcək
Ankara, 9 mart, AZƏRTAC
Türkiyədə ilk dəfə olaraq həbsxanalarda peşə məktəbləri fəaliyyət göstərəcək. Təhsil və peşə öyrənməyin insan haqlarının təməl prinsipləri sırasında vacib amil kimi dəyərləndirən hökumət bu iki hüququ məhkum və məhbuslar üçün də təmin etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu layihənin həyata keçirilməsi üçün ədliyyə və milli təhsil nazirlikləri arasında “Təhsil və peşə iş birliyi” protokolu imzalanıb. Protokolun şərtlərinə görə, cəza evlərində ümumilikdə 309 peşə məktəbi qurulacaq. Bildirilir ki, hazırda Türkiyə həbsxanalarında ümumilikdə 58 min nəfər təhsil xidmətlərindən istifadə edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]