Türkiyə ilə Liviya arasında mədənçilik, enerji və infrastruktur sahələrində əməkdaşlığa dair sənəd imzalanıb
Bakı, 18 iyul, AZƏRTAC
Türkiyə ilə Liviya arasında mədənçilik, enerji və infrastruktur sahələrində əməkdaşlığa dair sənəd imzalanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK), Türkiyə-Liviya İş Şurası, Liviya Milli Mədən Korporasiyası, Liviyanın Sərgilər və Konfranslar İdarəsi və “Emaar Libya Holding” şirkəti arasında üç sahədə ikitərəfli ticarət həcmini artırmaq məqsədi daşıyan Anlaşma Memorandumu imzalanıb.
Sənədi DEİK Türkiyə-Liviya İş Şurasının sədri Murtaza Karanfil və “Emaar Libya Holding”in baş direktoru Fuad Əl-Əvvam imzalayıblar.
Memorandumun şərtlərinə görə, 30 şirkəti olan və sənaye başda olmaq üzrə bir çox sahədə fəaliyyət göstərən, habelə Liviyanın şərq və cənub bölgələrində çoxlu sərmayələr qoymuş, iş yerləri açmış “Emaar Holding” ilə Türkiyə biznesmenləri arasında əlaqələri gücləndirəcək böyük layihələr həyata keçiriləcək. Bununla yanaşı, Türkiyənin Liviyaya ixracının həcmi də artacaq.
Şimali Afrika ölkəsindəki 2014-cü ildən sonra yaşanan qeyri-sabitlik səbəbindən Türkiyənin Liviyaya ixracatının həcmi 2,5 milyard dollara düşüb və təxminən son 10 ildə bu səviyyədə qalıb. Ümumi ticarət həcminin isə hazırda təqribən 4 milyard dollar olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]