Türkiyə KİV-ləri Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb
İstanbul, 1 may, AZƏRTAC
Türkiyənin kütləvi informasiya vasitələri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıblar.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, TRT HABER, NTV, TÜRK HABER televiziya kanalları, habelə www.haberler.com, www.star.com.tr və digər saytlar yarışın möhtəşəmliyini və yüksək səviyyədə təşkilini türkdilli oxuculara çatdırıblar.
Xəbərlərin əksəriyyəti “Azərbaycanda zəfər Hamiltonun” sərlövhəsi altında fotosessiya ilə təqdim olunub. Fotolarda təkcə bu yarışın əzəmətini yox, eyni zamanda, paytaxt Bakının füsunkar gözəlliyini, tarixi binalarını və müasir görkəmini də təbliğ edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul