Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib
Bakı, 27 iyul, AZƏRTAC
Qiymətlərin sabitləşməsi ilə bağlı məqsədimizə çatmaq üçün bütün imkanlardan istifadə ediləcək. Buna baxmayaraq, qısa zaman kəsiyində inflyasiyada müvəqqəti yüksəlmə müşahidə olunacaq.
AZƏRTAC TRT Haber telekanalına istinadla xəbər verir ki, Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan bu barədə 2023-cü ilin 3-cü inflyasiya hesabatının təqdim edildiyi toplantıda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vətəndaşlar Mərkəzi Bankın faiz artımı və kredit şərtlərinin sərtləşdirilməsi ilə bağlı qərarlarının müsbət təsirlərini ilin sonunadək hiss edəcəklər. Daim azalan inflyasiya sərmayələr və keyfiyyət artımı ilə müşayiət olunacaq. Seçilən kredit sabitləşdirmə qərarları daxili tələbatı tənzimləyəcək.
“Türkiyədə ötən ilin oktyabrında 85,5 faizlə pik həddə çatan inflyasiya iyun ayında 38,2 faizə enib. Buna milli valyutanın məzənnəsindəki sabitlik və ucuzlaşan qlobal əmtəə qiymətləri təsir edib”, - deyə Hafize Gaye Erkan bildirib.
Türkiyə Mərkəzi Bankının hesabatında 2023-cü ilin sonlarında inflyasiya proqnozu 58 faiz, 2024-cü ildə 33 faiz, 2025-ci ildə isə 15 faiz göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]