Türkiyə mətbuatı Milli Qurtuluş Günü ilə bağlı Azərbaycan diplomatının məqaləsini yayıb
İstanbul, 18 iyun, AZƏRTAC
Türkiyə mətbuatı Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlının 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı məqaləsini yayıb.
“Azərbaycan xalqının Milli Qurtuluş Günü” adlı məqalədə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, ölkənin inkişafı istiqamətində Ulu Öndərin yorulmaz fəaliyyətindən, tariximizdə mühüm yeri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilir.
Müəllif yazır ki, bütün siyasi fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Heydər Əliyev keçmiş SSRİ-nin süqutu illərində də Azərbaycan xalqının imdadına çatıb. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan və məhv olmaqdan, xalqı dəhşətli faciə və fəlakətlərdən xilas edib. Ümummilli Lider Azərbaycan - Türkiyə münasibətlərinin inkişafına da böyük diqqət göstərib. Onun uğurlu siyasəti iki qardaş xalqın əbədiyyətə qədər davam edəcək birliyini və birgə rifahını təmin etməkdədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul